Stiven Hokinqin təsviri 50 funtluq banknotun üzərində əks oluna bilər

Görkəmli britaniyalı alim Stiven Hokinqin təsviri 50 funt nominallı banknot üzərində əks oluna bilər.

“Report” BBC-yə istinadən xəbər verir ki, banknot 1981-ci ildə dövriyyəyə buraxılmış cari kağız əskinasları əvəz etməlidir.

“Banknotlarımız Birləşmiş Krallıqda cəmiyyətin müxtəlifliyini göstərmək və onun dahi vətəndaşlarının töhfələrini qeyd etmək üçün fürsət yaradır”, – İngiltərə bankının rəhbəri Mark Karni deyib.

Hokinq ilə yanaşı, namizədlər arasında britaniyalı riyaziyyatçı və kriptoqraf, İkinci Dünya Müharibəsi dövründən qalan “Eniqma” şifrə maşınının kodunu açmağı bacaran Alan Türinq də var.

İngiltərə Bankı dövriyyəyə buraxılma tarixi hələ də məlum olmayan yeni banknotun dizaynını işləyib hazırlamalı və təsdiq etməlidir.

Qeyd edək ki, britaniyalı fizik-nəzəriyyəçi Stiven Hokinq bu ilin mart ayında 76 yaşında vəfat edib.

ƏvvəlkiBakı-Sumqayıt qatarının hərəkət cədvəli əvvəlki rejimə qayıdıb
NövbətiKTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib