Şri-Lanka prezidenti etirazlar fonunda istefa verəcək

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iyulun 13-də istefa verəcək.

Trend-in məlumatına görə, bu barədə yerli “Ada Derana” internet nəşri bildirib.

Qeyd edək ki, bundan əvvəl Şri-Lankanın partiya liderləri fövqəladə iclasda qərara gəliblər ki, siyasi böhran fonunda parlament sədri müvəqqəti olaraq prezident vəzifəsinə keçməlidir.

Əvvəlkiİranda polis zorakılığına etiraz edən məşhur rejissorlar həbs edilib
NövbətiRomada güclü yanğın baş verib