Spartak obrazını yaradan Duqlas 103 yaşında dünyasını dəyişib

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, “Spartak” və “Detektiv tarixi” filmlərində rol oynayıb. O həmçinin on kitab yazıb.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.