“SpaceX” raket-daşıyıcının buraxılışını həyata keçirib

ABŞ-ın “SpaceX” şirkəti çərşənbə axşamı orbitə 114 kommersiya vasitəsi çıxaracaq “Falcon 9” raket-daşıyıcının buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumata əsasən, raketin buraxılışı “Transporter-6” missiyası çərçivəsində yerli vaxtla saat 09:56-da Kanaveral burnunda (Florida) kosmodromundan baş tutub.

“Falcon 9” 114 mikropeyk və digər nəqliyyat vasitələrini aşağı Yer orbitinə çatdıracaq, onların yerləşdirilməsi buraxılışdan təxminən bir saat sonra başlayacaq.