“Soyuz” kosmik raketində qəzanın səbəbi məlum oldu

Beynəlxalq kosmik stansiyanın heyəti kosmik raketdə baş vermiş qəza üzündə qeyri-müəyyən müddətə kimi üç nəfər qalacaq.

“Orada 3 nəfər elmi təcrübələri həyata keçirmək üçün qeyri-müəyyən müddətdə qalacaq, qəzanın səbəbləri aşkarlanmayana kimi heç kim göndərilməyəcək” – agentliyin nümayəndəsi mətbuata açıqlama vermişdir.

Cümə axşamı, 11 oktyabr tarixində Baykonurdan kosmosa göndərilən “Soyuz” gəmisi uçuşun 119-cu dəqiqəsində birinci mərhələdə olan yan blokları ikinci mərhələdə olan mərkəzi vahiddən ayırarkən ikinci mərhələ mühərriklərinin bağlanması nəticəsində qəza baş vermişdir. Sonradan qəza mayakı işə düşmüşdür. Gəmi bölmələrə ayrılaraq paraşüt buraxmışdır. Heyət qəza enişi edərək Qazaxıstan ərazisinə düşmüşdür. Xəbər verilir ki, heyət üzvləri sağ qalıblar.

Əvvəlkikosmos
Növbətiuefa nations league