Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 63 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 63 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 703 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib. Aktiv xəstə sayı 405 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 967, bu günə qədər isə ümumilikdə 6 milyon 989 min 636 test icra olunub.