Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 621 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 813 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 min 127 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 505 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 32, bu günə qədər isə ümumilikdə 7 milyon 155 min 246 test icra olunub.