Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 5223 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5223 yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 663 min 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 min 342 nəfər müalicə olunaraq sağalıb, 8755 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 596 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 945, bu günə qədər isə ümumilikdə 6 milyon 172 min 333 test icra olunub.