Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 412 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 584 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 122 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 522, bu günə qədər isə ümumilikdə 6 milyon 780 min 926 test icra olunub.