Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1477 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1477 yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 min 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 min 232 nəfər müalicə olunaraq sağalıb, 6 min 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 655 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 183, bu günə qədər isə ümumilikdə 5 milyon 117 min 481 test icra olunub.