Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 115 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 115 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 77 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 633 nəfər vəfat edib. Aktiv xəstə sayı 1457 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 337, bu günə qədər isə ümumilikdə 6 milyon 646 min 110 test icra olunub.