Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 992 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 422, bu günə qədər isə ümumilikdə 6 milyon 888 min 708 test icra olunub.