Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1041 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1041 yoluxma faktı qeydə alınıb, 2693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 min 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 min 283 nəfər müalicə olunaraq sağalıb, 9400 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 618 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7849, bu günə qədər isə ümumilikdə 6 milyon 551 min 104 test icra olunub.