Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1038 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1038 yoluxma faktı qeydə alınıb, 3324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 775 min 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 min 710 nəfər müalicə olunaraq sağalıb, 9 min 261 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 461 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 683, bu günə qədər isə ümumilikdə 6 milyon 491 min 40 test icra olunub.