Somalidə terrorçu qruplaşmanın 11 üzvü öldürülüb

Somali ordusu keçirdiyi iki əməliyyatla əl-Qaidə terror təşkilatına bağlı olan “əş-Şəbab” hərəkatının 11 silahlı üzvünü qətlə yetirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əməliyyatlar ölkənin cənub qərbində və mərkəzi hissəsində keçirilib.

Hazırda Somali ordusu “əş-Şəbab”a qarşı hərbi əməliyyatlarını genişləndirib. Ordu son aylarda ölkənin mərkəzindəki bir sıra məntəqəni terrorçulardan təmizləyib.

Əvvəlkiİspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib
NövbətiBirinci uşaq rəqs festivalı başa çatıb