Salyanda iki yeni məktəb binası tikilir

Ötən il Salyanda bir yeni məktəb binası tikilib, ikisi isə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” layihəsi çərçivəsində ötən il rayonun Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binası tikilib, Sarvan və Kürkənd tam orta məktəbləri isə əsaslı təmir olunaraq istifadəyə verilib.

Hazırda rayonda daha iki məktəb binası tikilir. Belə ki, Aşağı Kürkənd tam orta məktəbi üçün 360, Qızılağac kənd tam orta məktəbi üçün isə 1000 şagird yerlik məktəb binaları inşa olunur. Təhsil ocaqlarının yeni binalarının tikintisinin növbəti tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.

ƏvvəlkiAQTA koronavirusla bağlı növbəti metodiki göstəriş hazırladı
NövbətiBakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı təxirə salınıb