Salyanda bir ailənin 3 üzvü qəzaya düşüb, 4 yaşlı uşaq ölüb – YENİLƏNİB

Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Mail Babalar oğlu Əhlimanov idarə etdiyi “OKA” markalı avtomobili ilə hərkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun nkənarındakıə su kanalına aşıb.

Nəticədə sürücü M.Əhlimanov və onun arvadı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Asudə Sahib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların övladı, 2015-ci il təvəllüdlü Ruslan Mail oğlu Əhliman aldığı xəsarətlərdən hadisə yerində ölüb.


*** 11:40

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “OKA” markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıb, 4 yaşlı uşağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

Yaralılar “təcili yardım” maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.