Sabirabad və Lənkəranda tingpaylama aksiyaları keçiriləcək

Növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyaları regionlarda təşkil olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, nazirliyin və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə aksiyalar martın 23-də Sabirabadda və martın 24-də isə Lənkəranda keçiriləcək.

Aksiyalar zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiyalar Sabirabad rayonunda Heydər Əliyev prospekti, 31-də yerləşən “Bazarstore” da saat 11:00-da, Lənkəran rayonunda isə Qala Xiyabanında yerləşən “Bazarstore”da saat 12:00-da təşkil olunacaq.

ƏvvəlkiRusiya və Çin liderləri arasında 4,5 saat davam edən görüş başa çatıb
NövbətiTalış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib