Sabah güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bunu “Report”a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan rayonlarında sabah gündüz cənub-qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

ƏvvəlkiSelçuk Bayraktara ağır itki üz verib
NövbətiƏrdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək