Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur

İyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus üç vaqon aşıb.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları“ QSC məlumatı yayıb.

Məlumata görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.

ƏvvəlkiŞəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi onun ata yurdunda qeyd edilib
NövbətiBöyük Britaniyanın Hitrou hava limanında 61 uçuş ləğv edilib