Sərnişin özünü qatarın altına atdı

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə Türk.az-a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib.

“Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir. O, özünü qatarın altına atsa da, xoşbəxtlikdən relslərin arasına düşüb. Dərhal relslər yüksək gərginlikli elektrik enerjisi xəttindən ayrılıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin və polis əməkdaşları çağırılıb. Həkimlər sərnişinin xəsarət almadığını bildirib”, – deyə o, qeyd edib.

B.Məmmədovun sözlərinə görə, intihara cəhd edən şəxs içkili olub. Bununla belə, faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBaş nazir Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
NövbətiCüdo üzrə Yaponiya milli komandası Bakıya 11 dünya çempionu ilə gələcək