Şəhid hərbçimiz Hacıəli Qasımov Tovuzda dəfn olunub

Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid hərbçimiz Tovuz rayonunda doğulub boya-başa çatdığı Qaraxanlı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Hacıəli Qasımov həm də Vətən müharibəsi iştirakçısıdır. O, torpaqlarımızın azad olunması uğrunda medallarla təltif edilib. Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin nəzdində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 19-da başlayan və cəmi 24 saata yaxın davam edən lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaətlərə görə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

ƏvvəlkiAntiterror tədbirləri zamanı ağır yaralanan hərbi qulluqçumuz şəhid olub
NövbətiAzərbaycanın daha bir cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb