“Sədərək”-də yanğın söndürülüb, hadisə olan və bitişik hissələr polis nəzarətinə götürülüb

“Sədərək” Ticarət Mərkəzində (TM) yanğın söndürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.