Rusiyalı deputatlar Ermənistan patriarxından xalqa müraciət etməyi xahiş ediblər

Rusiya Dövlət Dumasının deputatları erməni apostol kilsəsinin rəhbərindən Ermənistan əhalisini qarşıdurmadan çəkinməyə və konstitusiya çərçivəsində hərəkət etməyə çağırmağı xahiş ediblər.

Türk.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov erməni patriarxı ilə keçirilən görüşün yekunlarına dair bildirib.

“Patriarxla görüşdük, söhbət etdik. Biz ona çağırış etdik… Dedik ki, xalqı qarşıdurmalardan çəkinməyə, hər şeyi konstitusiya çərçivəsində saxlamağa çağırsa yaxşı olardı. Allah eləməsin kimsə mənfi emosiyalara qapılsın”,  – deyə Kalaşnikov bildirib.

ƏvvəlkiBinəqədidə akademik Zərifə Əliyevanın 95 illiyi münasibətilə tədbir keçirilib
NövbətiErmənistan müxalifəti Yerevanda irimiqyaslı etiraz aksiyası keçirəcək