Rusiyada qar uçqunu, ölən və yaralılar var

Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda baş verən qar uçqunu nəticəsində 2008-ci il təvəllüdlü uşaq ölüb.

Bu barədə “Report” “TASS”a istinadla xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur. Fövqəladə hadisə yerinə itlər, 18 xüsusi avadanlıq, 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Qeyd olunu ki, 16 nəfərdən ibarət olan turstik qrupun 13-ü yetkinlik yaşına çatmayanlardır.

Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib.