Rusiya və ABŞ XİN başçılarının görüşəcəyi yer və tarix açıqlanıb

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüş mayın 14-də Soçidə keçirilə bilər.

Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər görüşün mayın 14-də Soçidə keçirilməsi barədə Finlandiyada razılığa gəliblər.