Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil atəşə tutulub, ölənlər var

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisənin başvermə səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

“Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, – məlumatda qeyd edilib.

ƏvvəlkiPrezident İlham Əliyev: Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
NövbətiPaytaxtın bir sıra yollarında tıxac yaranıb