Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib

“Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, – nazirlikdən bildirilib.