Rusiya səfiri Qara dənizdəki hadisəyə görə Dövlət Departamentinə çağırılıb

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Qara dəniz üzərində amerikan dronu ətrafındakı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Xarici siyasət idarəsi hadisə ilə əlaqədar Moskva ilə təmasda olmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.

ƏvvəlkiDÇ-2030: Ukrayna namizədliyini geri götürüb
NövbətiDaha iki yunan-Roma güləşçimiz U-23 Avropa çempionatının finalına yüksəlib