Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.

Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçublar.

ƏvvəlkiTərtərin Talış kəndinə köçəcək sakinlərlə püşkatma keçirilib
NövbətiAzərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər