Rusiya Federal Gömrük Xidmətinin iki yüksək vəzifəlisi tutulub

Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Türk.az TASS-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.