Rusiya 45 polşalı diplomatı ölkədən çıxarıb

Rusiya 45 polşalı diplomatı və konsulluq əməkdaşını ölkədən çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina deyib. Onun sözlərinə görə, apreli 8-də Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya XİN-ə dəvət olunub və göstərilən sayda diplomatın ölkədən çıxarılması istənilib.

XİN rəsmisinin sözlərinə görə, diplomatların qovulması Polşanın martın 23-də Rusiyanın Varşavadakı səfirliyinin tərkibinin 45 nəfər ixtisara salınmasına dair qərarına diplomatik cavab kimi dəyərləndirilir. Polşa Rusiya səfirliyinin əməkdaşlarını diplomat pərdəsi altında kəşfiyyat fəaliyyətində günahlandırmışdı.