Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi son illər ərzində artıb.

Trend xəbər verir ki, bunu cümə axşamı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare “Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birləşməsinin 104-cü ildönümü” münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son on ildə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb, Rumıniya şirkətləri Azərbaycanda fəal işləyir, Azərbaycan şirkətləri isə Ruməniyada fəal fəaliyyət göstərir.

Səfir hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün bütün səylərin göstəriləcəyini vurğulayıb.