Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.

İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi.

Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri),  Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Ukraynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllim) Komissiyanın tərkibindən çıxarılıblar.