Ramiz Mehdiyev istefa verib

Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Qurumdan “Report”a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev  yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib.

ƏvvəlkiAğcabədidə Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
NövbətiDünya Bankı əməkdaşlarını Ukraynadan çıxarır