Qusarda əmək yarmarkası keçirilib, 443 vakansiyaya işçi axtarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq Filialı Qusar rayonunda əmək yarmarkası keçirib, 443 vakansiyaya işçı axtarır.

“Report”un Şimal bürosu məlumat verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan əmək yarmarkasında Quba və Qusar üzrə 23 idarə, müəssisə, təşkilatlar 443-dək vakansiya ilə iştirak ediblər. Vakansiya təqdim edən müəssisələrin 19-u özəl, 4-ü dövlət müəssiəsidir. Vakansiyaların 91-i ali və orta ixtisas, 352-si orta və peşə təhsili tələb edən sahədir. Eyni zamanda 170-i regionun əmək bazarının tələbatına uğun olaraq bağban və bağ fəhləsi vakansiyalarıdır.

Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı isə 300-2000 manat arasında dəyişir. Ən yüksək əməkhaqqı da regionun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, yəni bağçılıq və turizim sahələri üzrədir.

Tədbirdə 400-dən çox işaxtaran qeydiyyata götürülüb. Müvafiq sənədləşmə aparıldıqdan sonra yüzdən çox vətəndaşa ixtisas və peşələrinə uyğun vakant yerlərə göndəriş verilib.

Qeyd edək ki, əmək yarmarkası “Məşğulluq haqqında” qanunun 23-cü maddəsinə əsasən birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin Qusar rayonu üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir. Tədbir həmçinin işəgötürənlərlə işaxtaranların birbaşa təmasını yaratmaqla vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışın təmin olunmasına xidmət edir.

ƏvvəlkiRusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracı ilə bağlı danışıqlar keçiriləcək
NövbətiQarabağ zəfərinə həsr olunmuş tamaşa hazırlanır