Qubada İnsan alverinə qarşı mübarizəyə dəstəklə bağlı təlim keçirilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Agetliyinin maliyyə dəstəyilə “İnsan alverinə qarşı mübarizəyə dəstək” adlı layihə çərçivəsində Quba şəhərində marifləndirmə tədbirlərinə start verib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə komitə sədri Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov, ekspertlər Qartal Hüseynov və Vahab Həbibov iştirak ediblər.

Rayon İcara hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Quba şəhər ictimayyəti fəallarnin qatıldığı tədbirdə çıxış edən Komitə sədri layihənin məqsədi barədə məlumat verib. T. Hüseynov bildirib ki, ölkədə insan alverinə qarşı mübarizə tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir. Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsinə iştirak edir, bu sahədə lazımi işlər görürlər.

Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə İnsan Alverinə Qarşı Mübarizəilə bağlı geniş təlim keçib.