Qubada avtomobil qəzası sakinləri qazsız qoyub

Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb. Nəticədə rayonun Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb.

Əhalini təbii qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub.