Qobustanda mikroavtobus aşdı

Qobustanda sərnişin avtobusu qəzaya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə saat öncə “Mercedes Vita” markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını aşırıb.

İlkin məlumata görə, qəza nəticəsində 1996-cı il təvəllüdlü qadın ağır xəsarət alıb.

Həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.

ƏvvəlkiMüdafiə Nazirliyindən əsir götürülən erməni komandirlə bağlı açıqlama
NövbətiGömrük Komitəsi yeni daşınma qaydalarına aydınlıq gətirdi