“Qloballaşma və Mənəvi Təşəbbüslər” mövzusunda dəyirmi masa keçirilib

30 Noyabr 2018 -ci il tarixində, yeni təsis edilən “Mənəvi Təşəbbüslərə Dəstək” İB-yi “Qloballaşma və Mənəvi Təşəbbüslər” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbiri giriş sözü ilə açan təşkilat rəhbəri Masil Dəmirov qloballaşma dövründə mənəvi təşəbbüslərin aktuallığı, milli maraqlarımızın qorunmasında könüllülük fəaliyyətinin elmi-ictimai mühitdə artırılmasının  zərurətindən danışdı.Texnika elmləri doktoru, iqtisad elmləri doktoru, professor Ədalət Əliyev, dünyanı hələ sovetlər dönəmində, mənəvi cəhətdən, sarsıtmağa yönələn müxtəlif qərb nəzəriyyələrindən bəhs edərək, müasir şəraitdə bu yönümlü tədbirlərin aktuallığı haqqında fikirlər bildirdi. Texnika elmləri doktoru, professor Muxlis Hacıyev milli maraqların qorunması işində dövlət təsisatlarına dəstək olan ictimai təşkilatlara bu gün daha çox ehtiyac olduğunu qeyd etdi.

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov milli və bəşəri dəyərlərin müasir dövrdə qarşılıqlı dinamikası və milli-mənəvi dəyərlərimizin yeni nəsilin formalaşması istiqamətində əhəmiyyətindən danışdı. Tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli elmi ictimaiyyətin və biznes sturukturlarının vətəndaş cəmiyyəti məsələləri və dövlətçilik prinsiplərinə bağlılığından bəhs edərək daha önəmli amillərin günümüzdə qorunması haqqında fikir bildirdi. Təşkilatın gələcək fəaliyyətində bu istiqamətdə daha geniş yerli və beynəlxalq layihələrə yer ayrılacağını bildirən M. Dəmirov  mənəvi təşəbbüslərin effektliyinin artırılması məqsədi ilə, ictimai təşkilat olaraq ilk növbədə istedadlı şəxslərin kreativ təşəbbüslərinə dəstək olacağını söylədi.

ƏvvəlkiAzərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Rusiya XİN-in şərhinə münasibət bildirib
NövbətiII Avropa Oyunlarının biletləri satışa çıxarılıb