Qırğız Respublikasında su bəndi dağılıb, 1500 sakin təxliyyə edilib

Qırğız Respublikasının Kadamjay bölgəsində su bəndinin qismən dağılması səbəbilə, təxminən, 1 500 sakin təxliyyə olunub.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Kadamjay bölgəsində (su anbarının) 12 nömrəli su bəndinin dağılması səbəbindən bir sıra kəndlərdə subasma təhlükəsi yaranıb”, – məlumatda deyilir.

Bununla əlaqədar yaşayış məntəqələrində təxliyyə həyata keçirilib.

Hadisə zamanı ölən və xəsarət alan yoxdur, bəndin bərpası üçün işlər aparılır.

ƏvvəlkiVətən müharibəsi şəhidinin nəşi ailəsinə təhvil verilib
NövbətiXalq şairi Musa Yaqub vəfat edib