Qırğız Respublikasında koronavirusdan ölənlərin sayı artdı

“Aprelin 20-nə olan məlumata görə, respublikada koronavirusa 14 yeni yoluxma halı qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Operativ Qərargahının nümayəndəsi açıqlayıb.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 568 nəfərə çatıb.

Bundan başqa, ölənlərin sayı da 2 nəfər artaraq 7-yə yüksəlib. Yeni ölənlər 70 yaşlı qadın və 79 yaşlı kişidir.

Məlumata görə, Qırğızıstan Respublikasında indiyədək 201 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 407 000-i ötüb. Bunların 625 202 nəfəri sağalıb, 165 073 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ƏvvəlkiAtəşkəs rejimi 30 dəfə pozulub
NövbətiNigeriyada 105 terrorçu öldürülüb