Qırğız Respublikası Prezidentinin adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan prezidentlərin şərəfinə rəsmi ziyafət verilib

Sentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin başçılarının şərəfinə rəsmi ziyafət verilib.

Türk.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.