Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib

Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Türküstan: yeni informasiya məkanı” adlı forumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tatarıstandan media rəhbərləri və nümayəndələri iştirak ediblər.

Forumun məqsədi türkdilli ölkələr arasında informasiya sahəsində əməkdaşlıq imkanları, jurnalistikada yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparmaqdır.

Forum çərçivəsində “Media Türküstan” beynəlxalq media mərkəzinin açılışı olub.

Məlumat verilib ki, media mərkəzində Azərbaycan, türk, özbək, qırğız və rus dillərində xəbərlər yayımlanacaq. Burada Türkiyənin “TRT”, Tatarıstanın “Tatar info”, Qazaxıstanın “Kazinform”, Azərbaycanın “İTV” telekanalı, Qırğızıstanın “Khabar” agentlikləri arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

ƏvvəlkiHesablama Palatasının Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin toplantısı keçirilib
NövbətiMədət Quliyev Dilqəm və Şahbazdan danışdı