Qazaxıstanda koronavirusa yoluxanların sayı 2,6 mini ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 51 yoluxma halı qeydə alınıb.

Türk.az “Kazinform”a istinadən verdiyi məlumata görə, ölkədə yeni koronavirusa yoluxanların ümumi sayı 2 656 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (479) və Astana (842) şəhərlərində qeydə alınıb.