Qazaxıstanda bankda insanları girov saxlayan şəxs zərərsizləşdirilib

Astanada Kaspi bankında insanları girov saxlayan şəxsi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kaspi” bank binasında uğurlu əməliyyat keçirilib. Bütün girovlar azad edildi! Bütün işçilər binadan çıxarılıb. Girov saxlayan şəxs zərərsizləşdirilib”, – deyə məlumatda bildirilir.

Qeyd edilib ki, girov saxlanan şəxslərdən heç biri və cinayətkar xəsarət almayıb.

ƏvvəlkiRüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət edib
NövbətiQərbi Azərbaycan İcması UNHCR-nın ölkəmizdəki nümayəndələri ilə görüşüb