Qazaxıstan parlamenti paytaxtın adının geri qaytarılması haqqında layihəni qəbul edib

Qazaxıstan Senatı (Yuxarı Palata) və Məclisinin (Aşağı Palata) birgə iclasında paytaxt Nur-Sultanın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Zakon” yayıb.

Bildirilib ki, parlamentin “Jana Kazaxıstan” deputat qrupunun paytaxtın adının dəyişdirilməsi haqqında təklifini Parlament üzvləri yekdilliklə qəbul ediblər.

Paytaxtın adının yenidən dəyişdirilməsi haqqında Konstitusiya layihəsi imzalanmaq üçün Prezidentə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 2-də “Jana Kazaxıstan” məsələ üzrə təşəbbüslə çıxış etmişdi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Konstitusiya layihəsini imzaladıqdan sonra qanun qüvvəyə minəcək. Ölkə paytaxtı 7 il əvvəlki kimi yenidən Astana adlanacaq. Xatırladaq ki, 2015-ci ildə şəhərin adı dəyişdirilərək Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlanmışdı.