Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz

Azərbaycandan uzaqda – Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, o, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.

ƏvvəlkiDüşmənin atıb qaçdığı növbəti hərbi texnikalar
NövbətiAzərbaycanda koronavirus infeksiyasına 714 yoluxma faktı qeydə alınıb, daha 176 nəfər sağalıb