Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb

Türkiyənin Qars şəhərində logistika mərkəzinin istismarı 2021-ci ildə başlayacaq.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hazırda logistika mərkəzinin tikintisi üzrə yekun işlər aparılır. Qeyd olunub ki, 2020-ci ildə logistika mərkəzinin tikintisi üçün 60 milyon lirə vəsait yerləşdirilib:

“Mərkəzin tikintisi üçün xarici kredit cəlb edilməyib”.

Nazirlikdən əlavə ediblər ki, mərkəzin istismarında gəlirlər bir milyard dollara yaxın ola bilər.

Logistika mərkəzinin ərazisində ümumi həcmi 1 600 kvadrat metr olan iki su çəni, ümumi sahəsi 1 300 kvadrat kilometr olan avtomobil qarajı, 7 min kvadrat metr sahədə qatar təmiri emalatxanası yer alacaq.