Qarlı hava şəraiti Cəlilabadda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb

Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

“Report”un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir.

ƏvvəlkiTürkiyənin 5 vilayətində FETÖ-yə qarşı əməliyyat zamanı 27 şübhəli saxlanılıb
NövbətiFransada ermənilər aksiya keçirən fermerləri avtomobillə vurub, ölən və yaralılar var